Ölkə

İlahiyyatçı Kərbəlayi Qismət polis bölməsindən buraxıldı. İlahiyyatçı saxlanılma səbəblərini açıqladı.

9-03-2016, 00:12

Xeberman.com xəbər verir ki, Mart ayının 8-də saat 16:00 radələrində polis bölməsinə çağrılan ilahiyyatçı Kərbəlayi Qismət həmin günün saat 17:30-da buraxılıb. İlahiyyatçı ilə əlaqə saxlayıb məsələni təfərrüatı ilə öyrəndik. Əldə etdiyimiz məlumata görə Kərbəlayi Qismət ötən gün Lənkəranda Hz Əbəlfəz Abbas məscidinin Hüseyniyyəsində baş vermiş hadisəni sosial şəbəkələrdə yaymaqla və bu məsələni ictimailəşdirməkdə ittiham olunur. Əlifov Ramiz (məscidin axundu) bu barədə polisə özünün şərəf və ləyaqətinin alçaldılması ilə bağlı şikayət ərizəsi təqdim edib. Əlifov Ramiz qeyd edib ki, ötən gün Hüseyniyyəyə gələn onun qohumu (qaynanası) olub və gəliş səbəbi də qələm vurdurmaq (dua yazdırmaq) olub.

Xeberman.com saytına danışan ilahiyyatçı Kərbəlayi Qismət isə öz növbəsində, heç bir kəsin şərəf və ləyaqətini alçaltmadığını qeyd edib. İlhiyyatçı deyib: "Bura mədrəsədir və gecə vaxtı bura qadının gəlməsi mədrəsə və məscidin nüfuzuna xələl gətirə bilər. Fərq etməz o gələn qohum ola ya qeyri qohum.”

İlahiyyatçı deyir: "Daha sonra tələb etdik ki, oradan uzaqlaşsınlar. Onlar da polis çağırdılar...”

Hadisəni diqqətdə saxlayacağıq.


İlahiyyatçı Kərbəlayi Qismət polis bölməsindən buraxıldı. İlahiyyatçı saxlanılma səbəblərini açıqladı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]