Ölkə

Fevralın 26-da “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək

23-02-2017, 19:52

Xeberman.com xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: “Metronun “Xətai” stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də, əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]