Ölkə

“Xalqlar Dostluğu” stansiyasının hər iki keçidində təmir olunur

10-02-2017, 16:45

Xeberman.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev olke.az-a bildirib ki, “Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri gedir.

Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.

N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]