Ölkə

GƏNCLƏR MƏHV EDİLİR! DUR DEYƏN TAPILMIR – “VİKTORİYA” XƏSTƏLİYİN YAYILMA MƏRKƏZİ

4-02-2017, 17:44
GƏNCLƏR MƏHV EDİLİR! DUR DEYƏN TAPILMIR – “VİKTORİYA” XƏSTƏLİYİN YAYILMA MƏRKƏZİ  Bir necə müddət bundan öncə paytaxtda yerləşən iaşiə obyektin qeyri qanuni fəaliyyət növü ilə məşğul olması ilə bağlı məlumat dərc etmişdik. Bütün bunlara baxmayaraq 37-ci polis idarəsinin ərazisi sayılan bu məkanın yerləşdiyi yerlə bağlı dövlət qurumları heç bir tədbir görə bilməyiblər desək yanılmarıq. Çünki, bizimlə həm söhbət olan Zaur adlı icarəçi dəfələrlə vurğuladı ki, məhz onun işlətdiyi “Viktoriya” əxlaqsızlıq yuvasının fəaliyyətinə heç bir DİN-nin orqanları müdaxilə edə bilməz. Zaur bəyin dediyinə görə onun arxasında yüksək çinli məmur dayanır o hətda bilsəki media məndən yazır həmin medianıda məhv etmək gücünə malikdir. Bərəkallah, həm əxlaqsızlıq yuvası işlədəsən, həm də bu cür xox edəsən “atalar demişkən uşaqda fərasətə bax eee”.

Zümrüd adlı xanımı bu oyektin görsənməyən yerində xadimə yəni çamaşırxanada işləməyə götürən Zaur - Həmid cütlüyü yaşlı xanımı şərəf və layaqətini təhqirinə şərait yaratmışlar. Bütün bunları redaksiyamıza bildirən xanım qeyd edib ki, 8 ildir həyat yoldaşı öldüyündən dolanışığı üçün həmin şəxslərin yanında yataq dəstlərini yumaqla məşqul olub. İşdən çıxarılmasına səbəb isə bir müştərinin içkili halda onun işlədiyi yerə gələrək ona “fahişə” deməsi olub ki, xanımda bu sözə dözməyərək müdiri bildiyi Həmidə müraciət edib. Həmid isə xanımın təhqir edilməsini adi söz kimi qəbul edərək sözün guya ki, böyüməməsi üçün Zümrüdə deyin sabahdan işə gəlməsin, deyə göstəriş verib.

Məsələyə aydınlıq gətirmək üçün Həmid adlı şəxslə görüşmək istədik. Amma həmişəki kimi sənətlərdə olan şəxsi önə verərək nə danışdığını belə bilməyən Zaurla sifarişlər göndərməkdən çəkinmədilər. Zümrüd xanımın qanuni işçi kimi işlədiyi dövrdə təqdim etdiyi əmək kitabçasını boş şəkildə redaksiyamıza təqdim edilməsi bir daha bunu sübut edir ki, bu obyekt dövlət vergisindən, əmək müqaviləsindən xəbərsizdir. Kitabçanı yazılmamış halda verən Zaur bunun qanun qarşısında cəzasını bilmirmi görən!..

“Görsənən dağa bələdçi gərək deyil” atalar misalı yerinə düşər ki, Zaurun barəsində əmək müfəttişliyinə və vergilər idarəsinə rəsmi müraciətimizdən sonra o qanun qarşısında tətbiq ediləcək cəzanı illər boyu yadında saxlayacaq və bir daha belə səhvə yol verməyəcəkdir.

Bütün bu mövzunun araşdırılması zamanı “Viktoriya”nın əslində hamam kimi deyil, müştərilərə intim xidmət göstərmək olduğu aşkarlandı. Bunları bu tərzdə vermək istəməsəkdə məcburiyyətdən dövlət qurumlarının adından bu şəxslərin media nümayəndələrini təhdid etmələri məlum olmalıdır. Bu şəxslər kimə və hansı məmura arxalanmasınıda araşdırmamız zamanı öyrənərək sizlərə çatırcağıq.

Bundan öncəki yazımızda qısa metrajli dərc etdiyimiz videonun tam versiyasınıda sizlərə təqdim edirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]