Ölkə

Hacı Ramin adlı şəxsin işlətdiyi obyektdə gənc qızların cinsi istismarı həyata keçirilir

17-05-2016, 19:49
Əxlaqsızlıq yuvaları cəmiyyətin ən böyük problemlərindən birinə çevrilməkdədir. Qədim peşə sahiblərinin cəmləşdiyi obyektlərin sayı artdıqca, milli mentalitetimizə vurulan zərbənin həcmi və təsirləri də genişlənir. Paytaxt Bakıda fəaliyyət göstərən əksər restoranlarda, çay evlərində və kafelərdə müxtəlif yaş qrupundan olan qızlar cinsi istismara məruz qalırlar. Hüquq-mühafizə orqanlarının müntəzəm olaraq keçirdiyi reydlərə baxmayaraq, əxlaqsızlıq yuvalarının kökünü kəsmək, onları tamamilə ləğv etmək mümkün deyil. Çünki bu biznes yüksək gəlir verdiyinə görə, bəzi maraqlı şəxslər əxlaqsızlıq yuvalarının tam şəkildə fəaliyyətini dayandırmasına imkan vermirlər. Son vaxtlar şəhərdə sayı durmadan artan hotellər də sürətlə əxlaqsızlıq yuvalarına çevrilirlər. Sadəcə, otellər daha səviyyəli və lüks olduğundan insanlarda burada hansısa pis işlərlə məşğul olunması barədə təsəvvür yaranmır. Reallıq isə ondan ibarətdir ki, bu otellərdəki otaqlar əxlaqsız işlərlə məşğul olanların sərəncamına verilir. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, belə otellərdən biri də Xətai rayonu ərazisində fəaliyyət göstərən "Qaleri" və "Qaleri lüks" hotelləridir. Xətai rayonu, Sahib Orucov küçəsi 13 ünvanındakı iki hündürmərtəbəli yaşayış binasının birinci mərtəbələrində yerləşən bu hotellərdə mütəmadi olaraq əxlaqsız peşə sahiblərinə zəmin yaradılır. Hotellərin yerləşdiyi binalarda yaşayan sakinlərin redaksiyamıza verdiyi məlumatlara görə, burda uzun müddətdir ki, əxlaqsız yuvası təşkil olunur: "Utandığımızdan çölə çıxa bilmirik. Günün hər saatında bura qızlar gətirilir. Adını Hotel qoyub,əxlaqsızlıqla məşğul olurlar. Camaatın yaşadığı binada belə hərəkətlər ağlasığmazdır. Uşaqları, qadınları bayıra çıxmağa qoymuruq. Pis qızların səs-küyündən, içkili gənclərin səsindən rahata yaşaya bilmirik". Sakinlərin bildirdiyinə görə, binaları Sahib İsmayılov adlı iş adamı tikdirib: "Bildiyimizə görə, binalar İsmayılov Sahib adı birisinindir. Amma Hotelləri o işlətmir. Səhv etmirəmsə, hər iki Hotel Hacı Raminindir. Hüquq-mühafizə orqanlarına müraciət etmişik. Onlar bizə deyiblər ki, Hotelin fəaliyyətinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verilib. Polisə demişik ki, burda əxlaqsız yuvası fəaliyyət göstərir. Onlar bizə qulaq asmırlar". Sakinlər deyir ki, "Qaleri" otelinə hər gün onlarla gənc qız və oğlan gəlir. Hoteldə bir gecəlik otağın qiyməti 100-150 manat olduğuna görə, bura gələnlərin əksəriyyəti imkanlılardır. Hətta onların arasında tanınmış simalar da olur. Xətai sakinləri bu biabırçılığa və rəzalətə son qoyulması üçün bir neçə dəfə otellərin sahibi Hacı Raminlə fərdi söhbət aparıblar. Buna baxmayaraq, Hotel sahibi heç bir xahiş-minnətə məhəl qoymayıb və fəaliyyətlərini davam etdirəcəklərini deyib: "Hacı olan şəxs haram işlərdən pul qazanmaz. Bizim bircə tələbimiz odur ki, otel bağlansın, ya da əxlaqsızlıq yuvasını ləğv etsinlər". Narazı vətəndaşlar bu məsələdə Xətai Rayon Polis İdarəsini (RPİ) xüsusilə məsuliyyətli olmağa çağırırlar: "Hüqüq-mühafizə orqanları bu işdə çox diqqətli olmalıdır. Onların birbaşa borcudur ki, əxlaqsızlıq yuvalarını aşkarlayıb işlərinə qadağa qoysunlar. Bundanəlavə Mədəniyyət və Turizm Nazirliyinin otelə verilən lisenziyanı ləğv etməsini istəyirik. Əgər bu problem tezliklə həllini tapmasa, bina sakinlərinin hamısı rəsmi qurumların qarşısında etiraz aksiyası keçirəcək". Qarşı tərəflərin də münasibətini dərc etməyə hazırıq. Gundelik-baku.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]