Media

İcra Hakimiyyəti jurnalistin evini dağıtdı - FOTO

12-04-2017, 15:28

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist Hacı Zeynalovun evini dağıdıblar.

Xeberman.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin dostları məlumat veriblər.

Jurnalist ev tikməklə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin razılıq, memarlığın təsdiq etdiyi sənədlərin olduğunu bildirib.

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmmədovadır. Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]