Siyasət

Göyçayın icra başçısı çıxarıldı –Yerinə Zakir Fərəcovun qudası təyin olundu

10-06-2016, 15:47
Göyçayın icra başçısı çıxarıldı –Yerinə Zakir Fərəcovun qudası təyin olundu

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev vəzifəsindən azad olunub. 

Xeberman.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə Göyşayın yeni icra başçısı təyin olunub.

Strateq.az onu da bildirir ki, yayılan məlumatlara görə, sabiq icra başçısı kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin edilib. 

Bu faktı da Strateq.az-a sabiq icra başçısının yaxınları təsdiqləyib.

Onu da qeyd edək ki, yeni icra başçısı Mehdi Səlimzadə əslən İmişli rayonundandır. O, Sumqayıtın icra başçısı Zakir Fərəcovla qudadır…

Administratorla əlaqə

077 611-55-22

[email protected]