Media

Aparıcı ərinin öldüyünü canlı yayım zamanı öyrəndi - VİDEO

9-04-2017, 21:09

Hindistanda teleaparıcı canlı yayım zamanı son dəqiqə xəbərlərini təqdim edərkən həyat yoldaşının yol qəzasında öldüyünü öyrənib.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, Supreet Kaur adlı spiker “IBC24” kanalında xəbər bülletenini oxuyub. Daha sonra müxbirlərdən biri canlı yayıma bağlanaraq yol qəzası haqda məlumat verib.

Ərinin öldüyünü öyrənən aparıcı özünü itirsə də, 10 dəqiqə ərzində xəbərləri oxumağa davam edib. Onun bu hərəkəti sosial şəbəkədə insanlar tərəfindən təqdir olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]