Media

Yerli radiostansiyanın əməkdaşlarını canlı yayımda güllələdilər – VİDEO

15-02-2017, 22:45

Oxu.Az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə San-Pedro de Makoris şəhərində baş verib.

Bir qrup şəxs 103FM radiostansiyasının studiyasına daxil olaraq işçilərə atəş açıb.

“Facebook” sosial şəbəkəsində yerləşdirilən videoda atəş səsləri açıq-aydın eşidilir.

Silahlı hücum nəticəsində aparıcı Luis Manuel Medina və prodüser Leo Martines öldürülüb. Daha bir jurnalist isə ağır yaralanıb, hazırda o xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar polis üç şübhəli şəxsi saxlayıb, cinayətin motivləri müəyyənləşdirilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]