Xəbərlər / Texnologiya

Instagram-da GÖZLƏNİLƏN xüsusiyyət aktiv oldu

25-01-2017, 11:18

Xeberman.com Oxu.Az -a istinadən xəbər verir ki, dünəndən etibarən azərbaycanlı istifadəçilər də “Instagram”da canlı yayımlar edə biləcəklər. Bunun üçün istifadəçilər ən son “Instagram” yenilənməsini yükləməli və “stories” bölməsindən canlı yayım verməlidirlər.

Canlı yayımlar “hekayələr” bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda “kəşf et” bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz.

Yeni xüsusiyyət, eynilə “stories”də edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır, ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir “Live/Canlı” ifadəsi yer alır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]