Dünya

Canlı yayımda qar adamı müxbirə mane oldu - Video

14-02-2017, 01:18

Aznyus.az xəbər verir ki, hadisə ABŞ-da Massaçusets ştatının Sprinqfild şəhərində baş verib. "22 Nyus" telekanalının müxbiri canlı yayımda qarlı hava haqda məlumat verərkən, qar adamı ekranda görünüb.

Bunda sonra operator qar adamını çəkməyə başlayıb. Nəticədə gülməli görüntülər ortaya çıxıb.

Məlum olub ki, bu qəribə kostyumu yaxınlıqda leqal narkotik maddələrin satışı ilə məşğul olan mağaza sahibi geyinib. Bunu hansı məqsədlə etdiyini isə açıqlamayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]