Kriminal

Samuxda iki əmiqızı dəm qazından zəhərləndi

28-01-2016, 09:07
Samuxda iki əmiqızı dəm qazından zəhərləndi

Samuxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Xeberman.com  xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım XəstəxanasındanANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 15 radələrində Nəbiağalı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakinləri 1984-cü il təvəllüdlü Sofiya Vahid qızı Vəliyeva və 1980-cı il təvəllüdlü Aygün Rafiq qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilən qadınlar tibbi müəsisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların vəziyyəti ağırdır.

Zəhərlənən qadınlar əmiqızıdırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]