Kriminal

Gəncədə üç tələbə qız dəm qazından zəhərləndi

21-01-2016, 13:38
APA-nın qərb bürosunun məlumatına görə,  şəhərin Həsən Əliyev küçəsində kirayədə yaşayan Gədəbəy rayon sakinləri, 1998-ci il təvəllüdlü Günel Məmmədova, 1996-cı il təvəllüdlü Elşanə Nəbiyeva və 1997-ci il təvəllüdlü Nübar Qoşqarlı təbii qazdan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.
 
Məlumata görə qızların zəhərlənməsinə səbəb kirayə qaldıqları evdə qaz sobasından otağa dolan təbii qaz olub.
 
Tələbələr Gəncə Dövlət Universiteti, Humanitar və Tibb kolleclərində təhsil alırla

Administratorla əlaqə

077 611-55-22

[email protected]