Kriminal

Nardaranda əməliyyat - “Molotov kokteyli” tapıldı

27-01-2016, 22:13
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyya keçirib. "Report” xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb. Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus "VAZ- 21014” markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb. Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli” aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]