Kriminal

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

14-03-2017, 20:49
Tovuz rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

Xeberman.com verdiyi məlumata görə, rayon sakini, 1957-ci il təvəllüdlü Yaşar Məhərrəm oğlu Kərimov yolu keçmək istəyərkən onu “VAZ -2106” markalı avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]