Əsas Səhifə / Xəbərlər

Ölən polislə bağlı DİN məlumat yaydı - Rəsmi

13-07-2016, 14:51
Daxili İşlər Nazirliyi dünən Tovuz rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən  Xeberman.com - a verilən məlumata görə, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən istirahət mərkəzində dincələn Eyvaz Həsənov icarəyə götürdüyü kvadrotsikli idarə edərkən yıxılıb.

Müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Həsənovu xilas etmək mümkün olmayıb.

Hadisə zamanı E.Həsənovun həyat yoldaşı yanında olub.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]