Ölkə

Ər arvadını bıçaqladı və...

6-11-2015, 19:42
Ər arvadını bıçaqladı və...

Bu gün Sumqayıt və Salyanda bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Salyanda 1994-cü il təvəllüdlü Pirverdi Əlikərim oğlu Məhərrəmov küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən sol qabırğasının kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Report"un məlumatına görə, Pirverdi Məhərrəmov dərhal Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Qubadlı rayon sakini Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. APA-nın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
axar.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]