Xeberman.com
loading...
Kriminal

Bakıda zəncirvari qəza: ölən və yaralananlar var

7-01-2017, 23:23
Bakıda zəncirvari qəza: ölən və yaralananlar var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda baş verib. Dörd minik avtomobilinin  toqquşması ilə nəticələnən qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 
 
Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.
 
Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.  
loading...

Administratorla əlaqə

070- 965-99- 49

yazar313@mail.ru

Dəstək: Nizam Group