Kriminal

Şəmkirdə ağır qəza, ölən var

13-09-2016, 21:21
Şəmkirdə ağır qəza, ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberman.com-uAPA-ya istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, rayonun Seyfəli kəndində  Bakı şəhər sakini, Rövşən Məmmədovun idarət etdiyi "Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun idrə etdiyi "VAZ2107”markalı avtomobil toqquşub.

Nəticədə "VAZ”-ın sürücüsü ,1962-ci il təvəllüdlü M. Məmmədov hadisə yerində ölüb, sərnişini isə müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]