Kriminal

Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

11-09-2016, 20:40
Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakı-Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Xeberman.com APA-nın qərb bürosununa istinadən  verdiyi məlumata görə, hadisə yolun 396-cı kilometrliyində, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"VAZ2106” və "KİA” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-ın sürücüsü və iki sərnişinləri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan iki nəfərinin xəsarəti yüngül olduğu üşün tibbi yardım göstərildikdən sonar evə buraxılıblar. Sürücü, Daşkəsən rayon sakini 1963-cü il təvəllüdlü Etiqad Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]