Kriminal

İmişlidə ağır yol qəzası - YENİLƏNİB

24-04-2016, 00:45
İmişlidə ağır yol qəzası - YENİLƏNİB

mişli rayonu ərazisində "Ford Tranzit” markalı mikroavtobusla "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 12 sərnişindən 5-i xəstəxanaya yerləşdirilib.  

Xeberman.com-uAPA-ya istinadən verdiyi məlumatına görə, müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

1) Paşayeva Sveta İlham qızı (1961-ci il)

2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)

3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)

4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)

5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)

Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.  

21:35

İmişli rayonu ərazisində "Ford Tranzit” markalı mikroavtobusla "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ikinci sürücünün şəxsiyyəti məlum olub.

Xeberman.com-uAPA-ya istinadən verdiyi məlumatına görə, bu, "Mercedes” markalı minik avtomobilinin sürücüsü  İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur.

Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb.  

20:45

İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. 

Xeberman.com-uAPA-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb. 

Hadisə "Ford Tranzit” markalı mikroavtobusla "Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu.  

Mikroavtobusda olan 12  sərnişinin xəsarət aldığı bildirilir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]