İslam

İslamı təhqir edən malayziyalıya ağır cəza verildi

11-03-2019, 10:07

Malayziyada 22 yaşlı şəxs İslamı təhqir etdiyinə görə 10 il həbs cəzasına məhkum edilib.

Gazeta.ru-nun xəbərinə görə, həmin şəxsin sosial şəbəkələrdə İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etdiyi bildirilir.

Məhkəmə qarşısına çıxarılan şəxsə qarşı ümumilikdə on ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib.

Malayziya polisi daha üç sosial şəbəkə istifadəçisinin analoji ittihamla həbs edildiyini bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]