İqtisadiyyat

Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqinə başlanılır

4-11-2016, 22:25
Vergilər Nazirliyində “Elektron cinayət işi”nin tətbiqinə başlanılır

"2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində Vergilər Nazirliyində "Elektron cinayət işi”nin tətbiqi ilə bağlı aparılan hazırlıq işləri başa çatıb. Bu barədə Nazirliyin Analitik-informasiya şöbəsinin yaydığı  məlumatda deyilir.

Məlumatda bildirilir ki, vergi hüquqpozmalarına və cinayətkarlığa qarşı mübarizə sahəsində təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentitərəfindənaparılan istintaq işlərinin sürətinin və keyfiyyətinin artırılması, vahid elektron statistik uçot bazasının yaradılması, əlavə inzibatçılıq tədbirlərinin minimuma endirilməsi, iş vaxtına qənaət edilməsi, insan resurslarından daha səmərəli istifadə olunması məqsədilə, bu sahədə tətbiq olunan uğurlu beynəlxalq təcrübə öyrənilərək,nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) "Elektron cinayət işi” modulu hazırlanıb və istifadəyə verilib.


"Elektron cinayət işi” modulu – ibtidai istintaqı Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə cinayət xarakterli faktları əks etdirən materialların Departamentə göndərilməsi, Departamentdə aparılan ibtidai araşdırma zamanı qərar, vəsatət, məktub və digər sənədlərin elektron formada hazırlanması məqsədilə yaradılmış, özündə daha geniş və dəqiq məlumatları əks etdirən, operativ axtarış imkanlarına malik olan cinayət işlərinin vahid elektron sistemidir.

"Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.Müstəntiq və təhqiqatçılar modulun müvafiq bölmələrində (xanalarında) tələb olunan məlumatları doldurarkən, zəruri qeydlərini və əlavələrini də edə biləcəklər.

Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanılacaq.Məsələ ilə bağlı Departamentin müstəntiq və təhqiqatçıları üçün treninqlər, habelə ictimaiyyət üçün təqdimat keçiriləcəkdir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]