İqtisadiyyat

Səlim Müslümova “Azfen”dən -ŞİKAYƏT

8-07-2016, 18:10
Səlim Müslümova “Azfen”dən -ŞİKAYƏT
Xeberman.com bildirir ki, Miq.az-ın redaksiyasına Muxtarov Ismayıl Arif oğlu tərəfindən daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:
 
Əmək və Əhalinin Sosial Müdafiəsi  Naziri cənab Səlim Müslümova!
 
 Hörmətli  Səlim  müəllim! Mən artıq 10 aya yaxındır kı,  sizin rəhbərliyiniz  altında  çalışan  əmək müfəttişliyinə  müraciət  etməkdən yorulmuşam.  Qəbulunuza  yazılmaq  istədim. Amma buna nə qədər cəhd etsəm də,  Bayram müəllim deyilən şəxs buna mane oldu və mənim sizinlə görüşümüzə əngəl törətdi. Bütün bunları nəzərəalıb sizə Miq.az saytı vasitəsilə müraciət etmək qərarına gəlib fikirlərimi sizə çatdırmaq istəyirəm:
 
"Mən  04.08.2015 tarixində  "Azfen”  şirkətində çalışarkən iş sahəsində vəzifəmi yerinə yetirərkən infarkt keçirtdim.  Ezamiyyətdə olarkən nə qədər yazsam da, çapalasam da mənə sizin müfəttişin əməkdaşları  Akt  vermədi.  Aktım olmadığı üçün mənə 2-ci  qrup əlillik təyin olunanda əmək qabiliyətinin itirilmə faizi  qanuna  əsasən təyin olunmadı. Bu  təyin olunmadığından mən sığortamı  ala  bilmədim. 2-ci qrup olan kimi "Azfen” sirkətinin  kadr rəisi Aidə xanım işdən ərizə yazıb çıxmaqla məni təhdid etdi.  Mən Ombudsmana muraciət etdim.
Mənə yenə onlara görə rayonda iş təklif  olundu. İş yeri yenə rayonda , ayda 2 gün istirahət günü, 28 gün 12 saat işləmək tam qanunla əlilə  yaraşan işdir? Maddi imkansızlıqdan işi qəbul etdim. İşə getmək istərkən halım pisləşdi.  Xəstəxanaya  muraciət  etdim. Bundan istifadə edən Aidə xanım mənə  xəbərdarlıq etmədən məni  işdən azad etdi. Prezident  Adminstrasiyasına- Hörmətli  deputatım Mehriban xanımın qəbuluna getdim.  Ombudsmana  huquqlarımın pozulması haqqında müraciət etdim. Bütün şikayətlərim əmək müfəttişliyinə göndərildi.
 
Hörmətli  Səlim müəllim! Mən 1992-ci  ildə Qarabağ müharibəsində  heç nə ummadan Vətənim üçün iştirak  etmişəm.  Oğlum hərbiçidir.  Sizin müfəttişləriniz fəhlələrin deyil, şirkətlərin vəkilidir. Ərizəmi araşdıran İntiqam  müəllim telefonda  işimlə maraqlanarkən şirkəti  mudafiə edib mənə akt  verməyəcəyini  bildirdi. Ərizəmi araşdırıb məni cavablandıran İlkin Həsənov mənim xəstəliyimin ümumi xəstəlik yazıldığından həyat  sığortanın mənə düşməyəcəyini yazdı. Səlim müəllim , müfəttişlər ərizələri  araşdırarkən bumeranqdan istifadə  edir . Nə yazıramsa … Indi  gəldim  sona… 30  ilə  yaxın iş  stajım olsa da, 146 manat pensiya təyin olunub.  Ümidim qalıb məhkəməyə… Onu da  bilirəm ki, bürokratik əngəllər ucbatından məhkəmədə  uduzacam.  Əgər  məhkəməni udsam, mən əməliyyata  gecikmişəm, yaşamağıma  ümidim azdı. Mənə çatan vəsaiti MN fonduna  keçirəcəyəm.

Administratorla əlaqə

077 611-55-22

[email protected]