Sumqayıt şəhər Əhalinin Sosial Mudafiə Mərkəzindəki özbaşınalıqdan nazir Səlim Müslümova şikayət olundu
Sumqayıt şəhərində məskunlaşmış Ağdam rayon sakini olan məcburi köçkün Muradov Ceyhun Murad oğlu tərəfindən RegionXəbərləri.com-a şikayət ərizəsi daxil olub. Ağdam rayon sakini Ceyhun Muradov mətbuat vasittəsi ilə Əmək və Əhalinin Sosial mudafiəsi naziri Səlim Müslümova ərizə ilə müraciət edir. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik. Əmək və Əhalinin Sosial mudafiəsi naziri Səlim Müslümov cənablarına
Sumqayıt şəhər 13-cü mikrarayon ev 19 mənzil 43-də yaşayan Ağdam rayonundan olan məcbur köçkün Muradov Ceyhun Murad oğlu tərəfindən
Ə R İ Z Ə
Cənab nazir mənim beş nəfərdən ibarət olan ailəmin orta aylıq gəliri, hər bir ailə üzvü üçün ehtiyac meyarınin məcmusundan aşağıdır.Ona görədə mən Sumqayıt şəhər Əhalinin Sosial mudafiə mərkəzinə rəsmi şəkildə 26.12.2015-ci ildə ərizə ilə müraciət etdim.Ərizəyə Nazirlər Kabinetinin 2006-cı il 03 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş unvanlı dövlət sosial yardım almaq üçün tələb olunan sənədləri də əlavə etdim. Sumqayıt şəhər Əhalinin sosial Mudafiə mərkəzindən məni 08 yanvar tarixində mərkəzdən məni xususi ərizə formasını və "ailənin gəliri və əmlakı haqqında bəyannaməni doldurmaq üçün mərkəzə gəlməyimi və zəruri sənədləri tam şəkildə təqdim etməli olduğumu bildirdilər. Mən mərkəzdə olduqda isə məndən vergi bəyannaməsi haqqında məlimatı və vergiyə ödədiyim pulların qəbzlərini istədilər.Mən 22 yanvarda mərkəzin məndən istədikləri çatışmayan sənədləri mərkəzə təqdim etsəmdə nə mənə doldurmq üçün xususi ərizə formasını nədə "Ailənin gəlir və əmlakı haqqında bəyannaməni doldurub imzalatdılar.Mən bildiriş tələb etsəmdə bildirişi mənə təqdim etmədilər.Mən bununla bağlı 22 yanvarda nazirliyin telefonuna zəng edib bildirsəmdə heç bir köməklik olunmadı.28 yanvarda həmin nömrəni yığaraq müraciətimin nəticəsi barədə məlimat almaq gün ərzində dəfələrlə zəng etsəmdə zənglərimə cavab verilmədi. Ona görədə sizdən xahiş edirəm mənə kömək edin mən düşən sosial yardımımı alım.İnaniram ki mənim xahişimi nəzərə alıb mənə kömək edəcəksiniz.
telefon 055-791-45-11