Ölkə

Müraciət və şikayətləri cavabsız qoyan nazir Səlim Müslümov

25-04-2016, 17:45

                              Müraciət və şikayətləri cavabsız qoyan nazir Səlim MüslümovMüraciət və şikayətləri cavabsız qoyan nazir Səlim Müslümov Azərbaycan Respublikasının baş Prokurorluğuna Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına dəfələrlə Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş verən neqativ hallarla ve direktor Asif Abdullayevin əxlaqsızlığı, vətəndaşlara qeyri etik davranışı davranışı barədə dəfələrlə nazir Səlim Müslümova , nazirliyin yuxarı vəzifəli şəxslərinə və eləcə də Kürdəmir rayon rəhbərliyinə müraciət olunsa da heç bir nəticə yoxdur. Və dəfələrlə həmin müraciətlər mətbuatda ışıqlandırılsa da heç bir nəticə yoxdur. Nazir Səlim Müslümovun diqqətinə çatdırmaq istəyirik ki, direktor Asif Abdullayev başda olmaqla həmin mərkəzin işçiləri Hamil Hidayətov, Nemət İsmayılov, Ramin Mürsəlov və digərlərinin özbaşınalığından Kürdəmir rayon sakinləri cana doyublar. Adı çəkilən şəxslər barədə və həmin idarənin yarıtmaz fəaliyyəti barədə Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov məlumatlı olsa da həmin özbaşınalığa birmənalı şəkldə göz yumur. Və təbii ki hansısa maddiyat qarşılığında. Və bir daha belə bir qənaətə gəlmək mümkündür ki, Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Asif Abdullayev və onun rəhbərlik etdiyi kollektivi barədə heç bir tədbir görülmürsə burda bilavasitə nazir Səlim Müslümov və nazirliyin hansısa yüksək vəzifəli şəxsləri maraqlıdır. (Asif Abdullayev yanına gələn vətəndaşlara heç kim mənə heç nə edə bilməz deməklə görünür özünün arxasının bağlı olduğuna arxayındır) Asif Abdullayev haqqında əlimizdə daha iyrənc faktlar var, amma hələ ki həmin faktları təqdim etmirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]