Gündəm

“Azfen”də kütləvi ixtisarlar

22-11-2016, 01:08
“Azfen”də kütləvi ixtisarlar"Azfen” şirkətinin Sanqaçal terminalının "Şahdəniz-2” qaz layihəsində işləyənlər kütləvi şəkildə ixtisara salınır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ümumilikdə 7000 işçisi olan şirkətin bugünə qədər təxminən 2500 işçisi ixtisara düşüb. Verilən məlumata görə 4000-dən artıq işçinin ixtisara düşəcəyi gözlənilir. Məlumatda o da bildirilir ki, ixtisara düşənlərə heç bir təzminat verilmir, süründürməçilik hökm sürür.
Redaksiyamıza məlumat göndərən şəxs bildirdi ki, ixtisara düşənlərə baş ofisə müraciət etmələri məsləhət görülür, baş ofisə üz tutanları isə içəri buraxmırlar.
Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]