İqtisadiyyat

​Azərbaycanda bu peşə sahiblərindən də vergi tutulacaq

20-02-2017, 15:59
Siyahıda "ofisiant"lar da var

Vergi Məcəlləsində edilən dəyişiliklə əlaqədar restoran və otellərdə masa işçilərindən də vergi tutulması təklifi irəli sürülüb.

Press-az.com "Fins.az"a istinadən xəbər verir ki, hazırda turizm sahəsində 45 min şəxs işləyir ki, bunlardan 15 mini masa işçiləridir.

Vergilər Nazirliyinin mütəxəssisi Nicat İmanov bu ilin aprel ayından etibarən elektron qaimə-fakturalarının tətbiqi sayəsində vergi ödəyicilərinin inzibati xərcləri minimuma enəcək: "ƏDV ödəyiciləri bu il aprelin 1-dən, digər növ vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən elektron qaimə-faktura təqdim etməlidirlər".

Həmçinin öz evlərini kirayə verənlərin də vergiyə cəlb olunması nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]