“2 fevral Gənclər günü”nə həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirildi
Xeberman.com saytının verdiy məlumata görə, 29 yanvar 2016-cı il tarixdə
Ə.İsmayılov adına Mirzalıbəyli kənd tam orta məktəbinin idman zalında Bərdə
rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "2 fevral Gənclər günü”nə
həsr olunmuş Kyokuşinkaykan Karate üzrə rayon birinciliyi keçirilmişdir.Keçirilən
yarışda 5 çəki dərəcəsində 32 nəfər qələbə uğrunda mübarizə aparmışlar. Yarışı
giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov
çıxış edərək "2 fevral Gənclər günü” münasibətilə gənc idmançıları təbrik etdi
və onlara gələcək yarışlarda yeni uğurlar arzuladı.Sonra o, çıxışında gənc nəslin
sağlam vətənpərvər ruhda böyüməsinin hər bir ölkə,hər bir dövlət üçün ən
başlıca məsələ olduğunu,Gənclər Siyasətinin banisi ulu öndər H.Əliyevin daima
bu məsələni öz diqqətində saxladığını və bununla bağlı imzaladığı Fərman və Sərəncamlardan,
bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsindən,rayonumuzda 45 minə yaxın gəncin yaşamasından,
onlara dövlətin daimi diqqət və qayğısından ,2015-ci ildə gənclər və idman sahəsində
əldə edilən nailiyyətlərdən danışdı. Yarışın baş hakimi,I dan qara kəmər ustası
Pərviz Rəsulov birinciliyi açıq elan edərək iştirakçılara uğurlar dilədi. Gənc
karateçilər hazırladıqları nümunəvi çıxışlarları təqdim etdilər. Rayon
birinciliyi əsasnaməyə uyğun olaraq keçirilmişdir. Qaliblər Bərdə rayon Gənclər
və İdman idarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə
mükafatlandırılmışlar.