"15 iyun - Milli Qurtuluş Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib.
10 iyun 2016-cı il
tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon
Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı
ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində "15 iyun - Milli Qurtuluş
Günü" münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi
keçirilib.
Birinciliyin
açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları
Adil Əliyev, Hikmət Babaoğlu, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə
Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının
sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf
Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV
nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak etmişdir.
Tədbiri
giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
qonaqları və tədbir iştirakçılarını qarşıda gələn "15 iyun - Milli
Qurtuluş Günü" münasibətilə təbrik edərək 1993-cü ilin iyununda
respublikamızda baş vermiş ictimai-siyasi proseslərə bir daha geniş nəzər
salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan
qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
Bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində
əldə olunmuş uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi
təmin olunub,
iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya
birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış
iştirakçılarına uğurlar arzuladı.
Sonra
Azərbaycan Atçılıq Federasiyasının vitse - prezidenti Mahir Muradov, Milli Məclisin
deputatı Adil Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif
Abbasov və digər natiqlər çıxış edərək qeyd etdilər ki, Azərbaycanda atçılıq
idman növü lap qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman
növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində
Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu
növünün inkişafından xəbər verir. Azərbaycan Respublikasında
atçılığın hazırki vəziyyətinə gəldikdə qeyd etmək lazımdır ki, aqrar sahədə
islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə
yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları həmçinin Quba, Şirvan və digər
yerli atlar yetişdirilir.
Açılış mərasimindən sonra yarışlara start verildi. Yarışda 28 nəfər idmançı mübarizə aparmışdı.
Yarışda I yeri tutmuş "Hollywood
IV” ləqəbli atla Əliverdiyev Səməd, II yeri tutmuş "Rodrigo” ləqəbli atla
Salayev Həzrət və III yeri tutmuş "Voltram” ləqəbli atla Qurbanbəyov Dünyamalı təşkilatçılar
tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif
olunmuşlar.