Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Gənclər və İdman idarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə kollecin tələbələri arasında ilk dəfə səs verən gənclərlə maarifləndirici görüş keçirilmişdir
23 sentyabr 2016-ci il tarixdə Bərdə Dövlət
İdarəetmə və Texnologiya kollecində Gənclər və İdman idarəsinin və kollecin
tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı iləkollecin tələbələri arasında ilk dəfə səs verən
gənclərlə maarifləndirici görüş keçirilmişdir.Tədbirə 93 saylı şəhər Dairə Seçki Komissiyasının 7
saylı seçki məntəqəsinin üzvləri dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktor müavini İlqar Dursunov açaraq qonaqları təqdim etdi və qarşıdan gələn ümumxalq səsverməsi ilə bağlı ümumi məlumat verdi.
Gənclər və İdman idarəsinin baş məsləhətçisi
Aydın Qasımov ilk dəfə səs verən gəncləri salamlayaraq qeyd etdi ki, ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə
Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində
ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və
azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də
siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər,
islahatlar həyata keçirilib. Bunun da nəticəsində cəmiyyət inkişaf
edib, münasibətlər sistemində mütərəqqi yeniliklər ortaya çıxıb.Belə
halda isə təbii ki, həmin yeniliklər qanunlarla tənzimlənməli, ölkə
Konstitusiyasında öz əksini tapmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə
Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da
respublikamızda keçiriləcək ümumxalq səsverməsi də (referendum) məhz bu zərurətdən
irəli gəlir. Referendumla Azərbaycanın müstəqillik
tarixində yeni
bir mərhələnin başlanğıcı qoyulacaq. Konstitusiyada dəyişikliklər, əlavələr
edilməsi müstəqil qanunvericilik və dövlət sisteminin əsaslarını daha da
möhkəmləndirəcək. Başqa sözlə, təklif olunan dəyişikliklər bir tərəfdən
demokratiyanın dərinləşməsinə, insan hüquq və azadlıqlarının dövlət tərəfindən
təminatlı olmasına, digər tərəfdən də dövlət idarəçiliyi mexanizminin
daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək. Bu genişmiqyaslı tədbirin
Seçki Məcəlləsinin tələblərinə uyğun, azad, ədalətli və şəffaf keçirilməsi üçün
Mərkəzi Seçki Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri
addimlar atılır. Referendumun əsas əhəmiyyəti ölkə Konstitusiyasına edilə
biləcək hər hansısa əlavə və ya
dəyişikliyə, yaxud da birbaşa Konstitusiyanın
qəbul olunmasına səsvermə hüququ olan hər bir vətəndaşın öz rəyini verə
bilməsidir. 18 yaşı tamam olub səsvermə hüququ qazanan hər kəs referendumdan
öncə təklif olunan əlavə və dəyişikliklərlə tanış olub, səsvermə zamanı öz
vətəndaş mövqeyini ortaya qoya, həmin əlavə və ya dəyişiklikləri qəbul
edib-etmədiyini bildirə bilər. Bu, Konstitusiyanın Azərbaycan vətəndaşlarına
verdiyi səsvermə hüququdur.
93 saylı şəhər Dairə Seçki Komissiyasının 7 saylı seçki məntəqəsinin üzvləri çıxış edərək seçki prosesinin gedişatından, səsvermə qaydalarından, şəhər üzrə seçki məntəqələrinin harada yerləşməsindən, internet səhifələrində yerləşdirilən seçki saytlarından danışdı.
Sonra
Aydın Qasımov və məntəqə üzvləri ilk dəfə səs verən gənclərin səsvermə ilə
bağlı maraqlandıran suallara geniş və ətraflı cavab verdilər.
İlk dəfə səs verən gənclərə referendum ilə bağlı yaddaş kitabçaları və bukletlər paylandı. Sonda idarənin könüllülərinin hazırladıqları musiqi nömrələri gənclərə təqdim olundu.
Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq qeyd etdi ki, gənclər ictimai-siyasi, sosial-iqtisadi həyatımızda aktiv iştirak etməklə səsvermə prosesində də ən müxtəlif statuslarda- seçici və müstəqil müşahidəçi kimi iştirak edə bilərlər.
