“31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə kollec birinciliyi keçirilmişdir.
21 dekabr 2016-cı il tarixdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində rayon Gənclər və İdman idarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə tələbələrdən ibarət komandalar arasında "31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş "Breyn-rinq” intellektual oyunu üzrə kollec birinciliyi keçirilmişdir. Yarışda 8 komanda iştirak etmişdir.
Tədbiri giriş sözü ilə kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq tələbələri təşkilatçılar adından qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi və onlara dərslərində müvəffəqiyyətlər arzuladı.
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi, münsiflər heyətinin sədri Aydın Qasımov oyunun əsasnaməsi ilə komandaları bir daha tanış etdi.
Komandalar püşkatma yolu ilə 2 yarımqrupda mübarizə aparmışlar.
Öz yarımqrupunda qalib olmuş "Banu” və "Rabitəçi” komandaları finalda görüşmüşlər. Daha intellektual oyun səviyyəsi nümayiş etdirən "Banu” komandası I yeri, ”Rabitəçi” komandası II yeri,”Mübarizlər” komandası isə III yeri tutmuşdur.
Qalib komandalara Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunmuşdur.