İdman

"Barselona" "Real"ı darmadağın etdi

29-10-2018, 09:10

Bu gün İspaniya La Liqasında 2018-2019 mövsümünün ilk "El-Klassiko"su keçirilib.

Qol.az-ın xəbərinə görə, 10-cu turda “Barselona” əzəli rəqibi “Real”ı qəbul edib.

“Nou Kamp”da keçirilən görüş Kataloniya klubunun inamlı qələbəsi ilə başa çatıb – 5:1.

Marqlıdır ki, uzun fasilədən sonra "El-Klassiko" ilk dəfə Kriştiano Ronaldo və Lionel Messisiz oynanılıb. Birinci məlum səbəbə görə oynamayıb, ikinci zədəsinə görə görüşü buraxıb.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 21-ə çatdıran “Barsa” liderliyi ələ keçirib. "Real" isə 14 xalla 9-cudur.

28 oktyabr

İspaniya La Liqası, 10-cu tur

“Barselona” – “Real” – 5:1
Qollar: Koutinyo, 11 (1:0), Suarez, 30 (2:0), Marselo, 50 (2:1), Suarez, 75 (3:1), 83 (4:1), Vidal, 87 (5:1)

Administratorla əlaqə

077 611-55-22

[email protected]