İdman

Messi avrokuboklarda 100-cü qolunu vurdu

19-10-2017, 10:10

Ötən axşam Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Barselona” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

Oyunun 61-ci dəqiqəsində Argentina millisinin və “Barselona” klubunun hücumçusu Lionel Messi avrokuboklarda 100-ü qolunu vurub.

Qolların 97-ni Messi Çempionlar Liqasında, 3-ü isə UEFA Superkuboku çərçivəsində rəqiblərin qapısından keçirib.

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu Portuqaliya millisinin və “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldodur. Onun aktivində 110 qol var, Messi 97 qolla ikinci yerdədir. / Oxu.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]