İdman / Maraqlı

2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

24-10-2017, 09:44

İspaniyanın “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Oxu.Az-ın xəbərinə görə, o, bu ad uğrunda mübarizədə Lionel Messi (“Barselona”) və Neymarı (“Barselona”/“PSJ”) qabaqlayıb.

Ronaldo 2016/17 mövsümündə İspaniya çempionatının, Çempionlar Liqasının, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Portuqaliyalı Çempionlar Liqasının ən yaxşı bombardiri olub. Onun hesabında 13 oyunda 12 qol var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]