İdman

“Real Madrid” Bilbaoda xal itirdi

16-09-2018, 11:37
“Real Madrid” Bilbaoda xal itirdi
“Real Madrid” futbol klubu İspaniya Çempionatının 4-cü turu çərçivəsində “Atletik Bilbao” komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda hesabı 32-ci dəqiqədə meydan sahibləri “Atletik” açıb. Fərqlənən İker Munyain olub. Madridlilər hesabı 63-cü dəqiqədə bərabərləşdirib, İsko qol vurub.

Beləliklə, “Real” 10 xalla turnir cədvəlində ikincidir və lider “Barselona”dan 2 xal geri qalır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]