Gündəm

MTN-in sabiq şöbə rəisi həbs edildi

11-11-2015, 17:20
MTN-in sabiq şöbə rəisi həbs edildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Mediaxeberleri.az-ın verdiyi məlumata görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Əsgərov qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.
www.mediaxeberleri.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]