Gündəm

Hakim Renad Əliyevin məhkəmə prosesi davam edib

18-04-2017, 19:38
Xeberman.com-un verdiyi məlumata görə, aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İsmayılov Eldarın sədirliyi ilə karate üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim Renad Əliyevin məhkəmə prosesi davam edib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Bu günki, məhkəmə prosesində hal şahidləri Malik Əliyev,Seyidov Elşad məhkəməyə ifadə verib.
Təqsirləndirilən şəxs Renad Əliyev şahid Malik Əliyevi tanımadığını və həbs olunarkən Malik Əliyevin orda olmadığını billdirdi.Xeberman.com-un verdiyi məlumata görə Malik Əliyevin şahid qismində verdiyi ifadələr Renad Əliyevin işi üzrə protokolda verdiyi ifadələrlə məhkəmə zamanı verdiyi ifadələrin uzlaşmadığı açıq aydın görünürdü.Malik Əliyev məhkəmədə verdiyi ifadəsində bildirir ki,fəhlə işlədiyi vaxtda bir polis nəfəri ona yaxınlaşır deyir ki,həbs olunan var üstünə baxış keçiririk gəl şahid qismində sən də iştirak et.O, isə öz növbəsində heç bir etiraz etmədən şahid qismində Renad Əliyevin üstünə baxış keçirilməsində şahid qismində iştirak edir.Renad Əliyevin Üstündən çıxan balaca bir klokda ağ nəsə aşkarlandığını qeyd edir.
Prokror sual verir:Siz indiyə qədər hal şahidi olmusuz?
Malik Əliyev:Xeyir olmamışam.
Prokror:Sən yalan ifadə versən cinayət məsuliyyətinə cəlb olunacaqsan.Baş Polis idarəsi hansı küçədə yerləşir?
Malik Əliyev:Bilmirəm.
Prokror:Yaxşı yanında hansı binalar var?
Malik Əliyev:Fikir verməmişəm.
Renad Əliyev:Siz polisə ifadə verərkən bildirmisən ki,mersədes markalı maşınımla müşdəriləri düşürəndən sonar polis mənə yaxınlaşdı,amma indi deyirsən fəhlə işləyirdim mənə polis yaxınlaşdı.İndi necə başa düşək?
Malik Əliyev:Orda nə yazıldığını mən bilmirəm,mən fəhlə işləyirdim polis gəldi məni şahid kimi apardı.
Hakim Malik Əliyevə bildirdi:Müstəntiqə verdiyin ifadə ilə burda verdiyin ifadə uzlaşmır.O ifadəni də sən vermisən dəə.Necə deyirsən mən bilmirəm.
Renad Əliyev:Mənim cibimdən nə çıxdı?
Malik Əliyev:Balaca klokda ağ nəsə vardı.Başka heç nə çıxmadı.
Renad Əliyev:Hörmətli hakim bu yalan deyir.Mənim cibimdən pul çıxdı,maşının,evin açarı çıxdı,telefon çıxdı.Bu onların heç birini görməyib.Bu yalan danışır.
Malik Əliyev:Allaha and olsun mən yalan danışmıram.Mən seyidəm.Qarabağ müharibə iştirakçısı olmuşam.Çiynimdə dəmir var deyib əynindəki saruçkanı çıxartmaq istəyəndə vəkil deyir aktyorluq etmə.
Malik Əliyev deyir:Mən işverən deyiləm,mən suka deyiləm.Düzdü ,verdiyim ifadələr yadımdan çıxıb.Hamsı yadımda qalsa idi mən alim olardım,daha niyə fəhlə baba olardım?
Növbəti hal şahidi Seyidov Elşad ifadə verdi.
Hakim yeni vəsadətlərin olub- olmamasını soruçur vəkildən və Renad Əliyevdən.Əlavə sənədlər,ekspert rəyi və yaxudda ki,hər -hansı bir sənədin olub –olmamasını soruçur.Vəkil və Renad Əliyev heç bir sənədin və vəsadətin əlavə olunmayacağını bildirdi.

Prokror son çıxışını etməsi üçün məhkəmədən iki gün vaxt istədi.Növbəti məhkəmə prosesi aprel ayının 21-də saat 11:30-da davam edəcək..

Administratorla əlaqə

077 611-55-22

[email protected]