Kriminal

QHT sədrinə hökm oxundu

3-02-2017, 00:34
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və digər cinayətlərdə təqsirləndirilən QHT sədri İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İ.Əliyev son sözlə çıxış edib. O, günahsız olduğunu və heç bir cinayət əməli törətmədiyini deyib: "Heç nə olmadığı halda prokuror 13 il cəza istədi. Nə deyə bilərəm ki?".
Məhkəmə yekun qərar üçün müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən İ. Eliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, , Moskva-Bakı aviareysi ilə gələn İlqar Əliyevin şəxsi əşyaları arasında gömrük nəzarətinə təqdim olunmayan metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb.

İ.Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlama) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]