Gündəm

“İslam Həmrəyliyi” ilində Ağcabədi başçısı Allah evini sökdürdü - Video/ Təfsilat

18-02-2017, 22:30
“İslam Həmrəyliyi” ilində Ağcabədi başçısı Allah evini sökdürdü - Video/ TəfsilatAzərbaycanda “İslam Həmrəyliyi” ili elan olunub

Politika.Az-ın verdiyi xəbərə görə, Ağcabədidə məscid yerlə-yeksan olunub

Rayonun Qarakənd qəsəbəsində tikilən ibadət evi gecə saatlarında sökülüb və yerli sakinlər tərəfindən lentə alınıb. Qərar Ağcabədi Rayon İcra Hakimiyyətinin göstərişi əsasında icra olunub.

Ağcabədinin icra başçısı Şahin Məmmədovun Allah evini niyə yıxmasının səbəbi açıqlanmayıb. RİH tərəfindən hər hansı münasibət də bildirilməyib.

“İslam Həmrəyliyi” ilində məscid sökülməsinin hansı əhəmiyyət daşıdığı aydın deyil. Video kadrları lentə alan şəxs “Allah onların bəlasını versin” deməklə RİH-non qərarını nəzərdə tutub.

Politika.Az-ın verdiyi xəbərə görə, qəsəbədə məscidin sökülməsinin səbəbləri bəlli deyil. İbadət evinin tikintisi RİH-ni niyə narahat edib ki?

Hətta tikintiyə icazə alınmayıbsa da, burada qanunsuzluq yoxdur. Çünki şəxsi mülk və ya kommersiya obyekti deyil, qəsəbə sakinlərinin ibadəti üçün Allah evi inşa olunub.

Ən yaxşı halda məsələni kompromis variant tapmaqla həll etmək, sənədləri qaydaya salmaq, rəsmiləşdirmək olardı.

Ağcabədi RİH üçün hüquqi işləri və sənəd problemlərini həll etmək çox asan məsələydi. Ancaq icra başçısı Şahin Məmmədov radikal mövqeni seçərək, sərt bir ampluada sayanıb Allah evini sökdürüb.

Politika.Az-a sakinlərin bildirdiyinə görə məscidin sökülməsinə səbəb isə ibadət ocağını fərdi şəxsin tikməsi olub.

İcra hakimiyyəti vətəndaşın bu təşəbbüsünü qanunsuz hesab edərək məscidi sökdürüb. Hərçənd ki, fərdi şəxs məscidi özü üçün yox, xalqın ibadət etməyinə şərait üçün tikdirib.

İstənilən halda məscidi buldozer qabağına verməkdənsə, vətəndaşı çağırıb məsələni hüquqi müstəvidə tənzimləmək olardı. Amma İslama zidd olan bir addımı atan icra başçısı ibadət ocağını dağıtdırıb.

Halbuki, Ağcabədidə onlarla qanunsuz tikinti tapmaq olar və heç birinə toxunmurlar. Avropada, Moskvada məscidlər tikilir, Ağcabədidə isə sökülür. Bu həm də prezidentin siyasətinə, dini azadlıqlara həqarətdir.

Ölkədə məscidlər tikilir, təmir edilir, dövlət başçısı bütün dini abidələrin restavrasiyası üçün maliyyə ayırır, İslam Həmrəyliyi ilidir, İslam Oyunları keçiriləcək, Ş.Məmmədov isə fərdi şəxsin təşəbbüsüdür deyə məscid sökür.

Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]