Əsas Səhifə / Gündəm

Şahin Məmmədovun Ağcabədi diktaturası: İFŞA – VİDEOLAR

22-12-2015, 20:58
Şahin Məmmədovun Ağcabədi diktaturası: İFŞA – VİDEOLARAğcabədidə icra hakimiyyəti insanları sərbəst fikirlərinə görə təqib etdi; İnsanlar bir neçə ay bundan əvvəl dedikləri fikirlərindən imtina edir
aqcabedi2Ağcabədi rayonundan cumhuriyyət. az-ın elektron poçtuna ilginc video daxil olub. Burada bir neçə ay bundan öncə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun Afşar kəndinin düzən ərazilərində qoyunçuluq və maldarlıqla məşğul olan əhaliyə qarşı apardığı qeyri-qanuni olaylara yerli sahibkarlar sərt şəkildə öz fikirlərini qeyd etmişdilər. Şahin Məmmədov bəzi işbazlarla əlbir olaraq istəyirdi ki, bu əraziləri böyük məbləğlər bahasına işbazlara satsın. Ancaq əhalinin kütləvi şəkildə kiv-ə müraciət etməsi bu prosesi ertələdi. Cumhuriyyət. az-ın elektron poçtuna daxil olan yeni videoda açıqca görünür və eşidilir ki, insanlara kamera arxasından məcbur edilir ki, söyləyin ki, biz hazırki vəziyyətdən razıyıq və icra başçısı Şahin Məmmədovun fəaliyyəti bizləri qane edir. Nə deyirik?Demokratiyanın birinci şərti qarşı tərəfin fikir və təkliflərinə hörmətlə yanaşmaqdır. Ancaq görünən budur ki, burada fərqli fikir və demokratiyadan söhbət gedə bilməz. Burada insanlara açıqca təhdid var. Hər halda əhali bilməlidir ki, onların bu fikrini əsas tutaraq günlərin birində onları doğurdan da bu ərazilərdən kənara ata bilərlər. Baxın onda əhali gərək özündən küssün. Atalar demişkən özü yıxılan ağlamaz. Əgər siz Şahin Məmmədovun gördüyü işləri qəbul edirsinizsə, onda bizlər bu işi dünəndən qəbul edirik. Deməli Şahin Məmmədov düz edir və haqlı mövqedən çıxış edir. Sizlər isə ona rayonun inkişafında əngəl olduğunuzu artıq boynunuza alırsınız. Cumhuriyyət. az olaraq əldə etdiyimiz informasiyaya görə artıq bu məsələ ilə bağlı ayrı-ayrı şəxslər yaxın günlərdə icra başçısı Şahin Məmmədova qarşı etdikləri haqsızlıqla bağlı bir sıra kiv-lərə müraciətlər edəcəklər. Doğrusu qəribədir. Bu işlər ya güclü təqibin nəticəsidir, ya da ki, doğrudan da Şahin Məmmədov aydan arı, sudan durudur. Sadəcə Ağcabədililər onun qədrini bilmirlər. Aldığımız məlumata güvənsək rayon ərazisində icra başçısının şərəfinə qədr ağacı əkilməsi təklifində olanlar da var. Qoy olsun, gizir. Bu dünyanın işini bilmək olmaz. Əslində hamımızın istəyi bu deyilmi ki, ölkənin hər yerində əmin-amanlıq mühiti olsun?Hər bir sıravi vətəndaş da icra başçısı daxil olmaqla hər birimiz bu məmləkətin gərçək sahibləri və tam hüquqlu vətəndaşlarıyıq. Nədən məmurlar insanları istismar etməlidir?Cumhuriyyət. az olaraq vətəndaşların müraciətini və video müraciətini təqdim edirik. Burada müraciət edən vətəndaşların bir neçə ay bundan öncəki video çıxışını da dəyərli oxucularımıza təqdim edəcəyik. Qoy baş verənlərə ictimai qiymət olsun. İnsanlar müraciət edənlərin hansı müraciətdə daha ciddi və səmimi olmasına qərar versinlər. Kiv olaraq bizim hansısa tərəfin mənafeyini qorumaq öhdəliyimiz yoxdur. Bizlər bütün tərəflərə qarşılıqlı hörmətlə yanaşırıq və bərabər hüquqdan istifadə görəvi tanıyırıq. Odur ki, keçək müraciətlərə.
1. Mən Oktay Əhmədov. Ağcabədi rayonunda qoyunçuluq təsərrüfatı ilə məşğul oluram. Dövlətin bizə verdiyi torpaq sahəsində, böyük qoyunçuluq təsərrüfatı yaratmışam. Heyvandarlıqla məşğuluq. Respublikada gedən böyük quruculuq işlərini alqışlayırıq. Onların hesabına biz burada erməninin qabağında hansı ki, buralar döyüş meydanıdır. Bütün bunlara baxmayaraq, biz burada qoyun saxlayırıq. Heç bir işdən qorxumuz yoxdur. Çünki başda prezidentimiz olmaqla icra hakimiyyəti də bizə yaxından kömək eləyir. Rayonda gedən quruculuq işləri bizim irəyimizcədir. İndi rayonu tanımaq olmur. Rayonumuza gedəndə görürsən ki, rayonumuz ən bəzəkli, gözəl bir şəhərə dönübdür. İcra hakimiyyətinin başçısının apardığı bu işlər bizim ürəyimizcədir. Bizə də qoyunçuluqda yaxından köməklik eləyir.
2. Mən Kazımov Mərmər Səttar qızı. Yayda çəkiliş aparılıbdı. Qoca arvadam, təzyiqim var, xəstə adamam. O, zadın sözü olmasın heç bilməmişəm nə demişəm, nə qoymuşam. Amma daimi gözümüzü açmışıq bu çölçülükdə. Daimi de bu sərhədin yanında heyvan saxlayırıq, heç nə ermənidən qorxuruq, nə bir şey eləyirik. Zad eləyirik. Burada qəşəng şəraitimiz, zadımız, burada heyvanlarımızı saxlayırıq, maldarlıqla başımızı salıb aşağı qoyunla məşğuluq. Qoyunlarımızı saxlayırıq, başımızı salmışıq, rayondan da bizə zad eləyirlər. Kömək də verirlər, su da verirlər, sel də verirlər, suyumuz, selimiz qayıdıb suvarırıq heyvanlarımızı bəsliyirik, hər şeyimizi də.
Cumhuriyyət. az olaraq müraciətdə olan bütün fikirləri, sözləri baxmayaraq ki, məntiqlə uyğun gəlmir, nöqtəsinə vergülünə kimi toxunmadan qeyd etmişik. Buna videoya baxdıqda əmin ola bilərsiniz. Əsl “vətəndaş mövqeyi”
Elçin İsmayıllı. Cumhuriyyət. az



Administratorla əlaqə

077 611-55-22

[email protected]