Əsas Səhifə / İdman

IV İslam Həmrəyliyi Oyunları üçün satışa çıxarılacaq biletlərin qiyməti açıqlanıb

1-02-2017, 16:47
 IV İslam Həmrəyliyi Oyunları üçün satışa çıxarılacaq biletlərin qiyməti açıqlanıbBakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq.

"Report"un məlumatına görə, bunu "Bakı 2017"nin korporativ direktoru Elçin Səfərov bildirib.
Onun sözlərinə görə, biletlərin satışına Novruz bayramından etibarən başlanılacaq: "Buraya "İslamiada-2017"nin açılış və bağlanış mərasimləri üçün biletlər də daxildir. Qiymətlər isə 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Azərbaycanda baş vermiş devalvasiyaya baxmayaraq, həm biletlərin qiymətləri artırılmayıb, həm də endirim nəzərdə tutulmayıb. Bu addımı "İslamiada-2017"ni daha çox azarkeşin izləməsi üçün atmışıq. İslamiadanın açılış mərasimi üçün isə biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün 10 manatdan başlanır.

Bletləri onlayn şəkildə almaq da mümkündür. Bundan başqa, bilet satışını tərəfdaşlıq etdiyimiz supermarketlərdə də təşkil edəcəyik".

Administratorla əlaqə

077 611-55-22

[email protected]