Ölkə

Əzan səsinə nifrət edən dövlət məmuru

21-04-2016, 22:31

"Region-xeber.info” xəbər verir ki, Cəlilabad Azərişıq ASC-nin rəisi Allahdan da qorxmur?

Cənab prezident, siz ailəlikcə hacısınız, rəhmətlik atanız da hacı idi. Sizin, bu mövzuda daha diqqətli olacağınıza güman edirik.

Əgər bir müsəlman ölkəsində məscidlərin işıqlarını kəsirlərsə, aylıq 2-3 manata görə məscidlərə elektrik sayğacları quraşdırılırsa həmin ölkədə Allah sevgisindən danışmağa dəyərmi?

Cəlilabad ASC-ya təyin olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlardan biri- Lerik rayonundan olsa da, özünü Şümürdən də (Şümür imam Hüseynin başını kəsən ən qəddar insan) qəddar, ən qatı islam düşməni kimi aparır.

Nədənsə bu zalım oğlu Aydın Məmmədovun "Allahu Əkbər” sözünə, azan səsinə qarşı alergiyası var. Gözünə harada məscid dəyirsə düşüb hamısının işıqlarını kəsir.

Görəsən bütün Qafqazın şeyxi eşitsə bu işə necə baxar?

Biz, Vatikana məktub yazıb Roma Papasına belə bir sual verəcəyik.

Ey xristian aləminin müqəddəs Papası, sizdə də kilsələrin işıqlarını kəsib Cəillabadda olduğu kimi, Allahın evini qaranlıqda qoyurlar?

P.S. Allahın evini qaranlıqda qoyanın evini Allah qaranlıqda qoysun.

Qoy Allahı sevməyən, Allahın evinə hörmət etməyən adamın cəzasını Allah özü versin.

Çünki ən ədalətli hakim Allahdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]