Gündəm / Ölkə

“Kley” iyləyən uşaqlar – VİDEO

16-02-2017, 23:14

Xeberman.com Xəzərxəbər.az-a istinadən məlumat verir ki, təxminən 9-12 yaşlı uşaqlar narkotik vasitəyə alternativ kimi qiymətləndirilən bu zərərli vərdişlə küçənin ortasında məşğuldurlar.

Mütəxəssislər bu vərdişi ənənəvi olanlardan daha təhlükəli sayırlar. Toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir.

Millət vəkili Musa Quliyev deyir ki, uşaqların bu vərdişlərdən uzaq durması üçün məktəblərin üzərinə böyük yük düşür.

Deputat bu məsələ ilə bağlı qanunverciliyə də ciddi dəyişiklik edilməsini zəruri sayır.

Mütəxəssislərin sözlərinə görə, belə yeniyetmələrlə ciddi maariflənmə aparılmalıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]