Maraqlı

Doğulduğu fəsil insan taleyinə təsir edir

30-01-2017, 07:59
 Doğulduğu fəsil insan taleyinə təsir edirİnsanın gələcək taleyinin doğum ayı ilə bağlı olduğunu aşkarlayıblar. Belə ki, insanın çəkisi, boyu, optimist, yaxud pessimist olması onun hansı fəsildə anadan olmasından asılıdır. Məsələn, baharda doğulanlar ən ağrılı, yayda doğulanlar isə ən şən uşaqlar olur. Solaxay uşaqlar ən çox qış aylarında dünyaya gəlir. Dekabr, yanvar, fevralda doğulan qış uşaqlarının ürək-damar xəstəliklərinə meyli yüksək olur. Qış aylarında doğulan qız uşaqlarının xolesterin riski yüksək olur. Bahar aylarında doğulanlar fiziki cəhətdən həssas, allergik xəstəliklərə meylli olur. Psixoloqların fikrincə, bu uşaqlar doğuşdan zəif olur, hər rolu asanlıqla qəbul edirlər. Bununla yanaşı, qarşısındakını səbirlə dinləməyi də bacarırlar. Lider olmaqdan imtina edirlər, bir çox məsələlərdə düzgün fikir yürütməyi də bacarırlar. Bu cür uşaqların valideynləri uşaqlarda özünə inamı formalaşdırmağa çalışmalıdırlar.

Yayda dünyaya optimist və şanslılar göz açır. Bunu Hertfordşira Unversitetinin alimləri sübut edib. Bu uşaqlar özünə inanan, pozitiv, həyatsevər və özlərini xoşbəxt sayanlardır. Eləcə də psixoloqlar qeyd edir ki, yay uşaqları həssas, emosional, çılğın, mehriban və kindən uzaq olanlardır. Əməksevər və risk etməyi xoşlayan bu uşaqların valideynləri uşaqların bu cür xüsusiyyətlərinə hazır olmalı və onlara mane olmaqdan çəkinməlidirlər.

Payız aylarında uzunömürlülər dünyaya gəlir. Avstraliya və Norveçdə milyonlarla insanlar üzərində aparılan təcrübələrdən məlum olub ki, ən uzunömürlülər məhz sentyabr, oktyabr və noyabrda doğulanlardır. Bu insanlarda balanslaşdırılmış xarakter, sakit təbiət, ağıl, bacarıq və nikbinlik özünü gostərir. Onlar dostları və valideynləri ilə münaqişəsiz yaşayanlardır. Əgər valideynlər körpəlikdən onları düzgün istiqamətləndirsələr, gələcəkdə uğur qazanmaları qaçılmazdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]