Foto Fakt

Salyanda tarixi bina belə dağılır FOTO

3-02-2017, 02:43
Salyanda 1908-ci ilə aid tarixi bina dağılıb gedir. Bu barədə feysbuk fəalı Nicat Abdullah öz səhifəsində həyəcan təbili çalır.

“Salyan da erməni işğalındadır? Ya Sevindik Hətəmovun (rayonun icra başçısı – red.) Azərbaycan tarixi ilə ciddi bir problemi var?”, – deyə sual edən fb fəalı yazır ki, 1908-ci ildə inşa edimiş tarixi bina baxımsızlıqdan xarabalığa çevrilib. “1918-ci ildə erməni daşnaklarının törətdikləri qətliamın qarşısını almaq üçün Azərbaycana gəlmiş Nuru Paşa, Ənvər Paşa, Ömər Paşa məhz bu binada yerli könüllülərlə birgə döyüş planı hazırlayıb. Və bu plan əsasında ermənilər Salyan şəhəri yaxınlığında darmadağın ediliblər. 2014-ci ildən bina qəzalı vəziyyətdədi”, – deyə N.Abdullah məlumat verir.

Sonda o, hökumətə tənə də edir: “Bolqarıstan, Kosova, Çexiya xarabalıqlarının təmirinə, bərpasına pulu tez taparsız…”.



Administratorla əlaqə

077 611-55-22

[email protected]