Ölkə

İcra başçısı: Nərimanovda 219 bina söküləcək

13-04-2016, 19:40
İcra başçısı: Nərimanovda 219 bina söküləcək

Nazirlər Kabinetinin qərarına əsasən, Nərimanov rayonu üzrə 11 031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması planlaşdırılır. 

Xeberman.com-un məlumatına görə, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib. 

O, həmçinin qeyd edib ki, artıq bununla bağlı işlərə başlanılıb. 

Qeyd edək ki, baş nazir Artur Rasizadənin qərarına əsasən, Bakının 9 rayonunda; Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]