Foto Fakt

Müsavatın qərargahı qarşısında etiraz aksiyası keçirilib (FOTO)

2-02-2017, 17:09
Fevralın 2-də Müsavat Partiyasının qərargahının qarşısında bir qrup gənc adından etiraz aksiyası keçirilib. Onlar əllərində Müsavat və müxalifət əleyhinə plakatlar tutub, şüarlar səsləndiriblər.

Aksiyanı keçirənlərin YAP gəncləri olub-olmadığı bilinməsə də, onun aşağısı YAP səviyyəsində təşkil olunduğu şübhə doğurmur. Aksiya buna qədər AXCP sədri Əli Kərimlinin evi qarşısında bir neçə dəfə təşkil edilmiş “etiraz”ın bənzəri olub.

Plakatlar və səsgücləndirici ilə təchiz olunmuş, aksiyalarını keçirməyə heç bir maneənin törədilmədiyi bu adamlar guya Müsavatın keçmiş başqanı, Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin iki gün əvvəl Novxanıda keçirilən tədbirdəki çıxışına etirazlarını bildiriblər.

İsa Qəmbər Novxanıdakı çıxışı zamanı ad çəkmədən ölkədə Heydər Əliyevi bütləşdirmək siyasətini tənqid etmişdi.


Administratorla əlaqə

077 611-55-22

[email protected]