Ölkə

Bakı Beynəlxalq avtovağzalında etiraz aksiyası

23-01-2016, 09:27
Bakı Beynəlxalq avtovağzalında etiraz aksiyası

Bakı Beynəlxalq Avtovağzalında ticarətlə məşğul olan şəxslər icarə haqqının baha olması ilə əlaqədar aksiya keçirib.
 
Obyekt sahibləri devalvasiyadan sonra ziyanla işləməyə başlayıblar. Daha doğrusu, müştəri qıtlığı yaşayan mağazalarda alverin ən azı iki dəfə azalması hamının ovqatını təlx edib.
 
Buna baxmayaraq avtovağzal rəhbərliyi qiymətləri aşağı salmaqla bağlı dükan sahiblərinin xahişini yerə salıb, ona görə də aksiya qaçılmaz olub…
 
Qeyd edək ki, aksiyaçıların əsas tələbi icarə haqlarınım aşağı salınmasıdır… (Moderator.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]