Dünya

Erməni nazirin yalanı üzə çıxdı: Görüntü gizlədilib?

2-10-2016, 02:01
Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakovun yalanı üzə çıxıb.
 
Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəhbəri Avakov və mətbuat xidmətinin rəhbəri Artyom Şevçenko Dneprdə həlak olmuş polis əməkdaşları Artyom Kutuşev və Olqa Makarenkonun olay günü üzərində kamera olduğunu bildiriblər. Ancaq DİN kameranın olduğunu bildirməsinə baxmayaraq, görüntünü ictimaiyyət üçün yayımlamayıb.
 
DİN olaydan dərhal sonra bəyanatında Makarenkonun kameranı üzərində işə salmağı unutduğunu bildirmişdi. Avakov isə məsələ ilə bağlı açıqlamasında Makarenkonun üzərində olan kameradan olay anının görüntüsünün onlarda olduğunu vurğulamışdı.

Ali Radanın deputatı Anton Geraşenko isə DİN rəhbərinin sözlərinin həqiqəti əks etdirmədiyini, patrul polisində kameraların çatışmadığını qeyd edib.
 
Qeyd edək ki, 25 sentyabrda Dnepr avtovağzalında polis əməkdaşları Artyom Kutuşev və Olqa Makarenko silahla vurularaq öldürülüb. Olaydan dərhal sonra qatil saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]